Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05

Bakıda beynəlxalq dini tədbir keçirilir


-

Sentyabrın 1-i Bakıda «Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə» mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb.

AzərTAc-ın məlumatına görə, əvvəlcə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

İLHAM ƏLİYEV: «YÜKSƏK DÖZÜMLÜLÜK MÜHİTİNİN FORMALAŞMASI DÖVRÜN BAŞLICA VƏZİFƏLƏRİNDƏNDİR»

Azərbaycan tolerantlıq məkanı kimi tanındığını qeyd edən prezident İlham Əliyev bildirib ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakıda bu tədbirin keçirilməsi rəmzi xarakter daşıyır:

«Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Bu ənənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib. Eyni zamanda təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşması da hazırkı dövrün başlıca vəzifələrindəndir».

Azərbaycanda bu istiqamətdə konkret addımlar atıldığını vurğulayan prezident nəzərə çatdırıb ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tətbiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub:

«Ümidvaram ki, Mərkəz ö fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin yaradacaq».

GÖRÜŞDƏ MÜZAKİRƏ OLUNACAQ MƏSƏLƏLƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkədə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.

Sentyabrın 2-dək davam edəcək mübadilə görüşündə «Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt», «Dini və qeyri-dini təşkilatların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi», «Dini mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi» mövzularında məruzələr dinləniləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG