Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Pakistan təhlükəsizlik qüvvələri etirazçıları dövlət televiziyasından çıxarıb


Pakistanda qarşıdurma

Pakistanda qarşıdurma

-

Ən son xəbərlər yazının əvvəlindədir.

Məlumatlara görə, Pakistanın təhlükəsizlik qüvvələri etirazçıları dövlət televiziyasından çıxarıb. Etirazçılar PTV kanalının ofisini dinc şəkildə tərk ediblər. Onları yarımhərbi qüvvələr müşayiət edib, kanal efirə qayıdıb.

Zorakılıq barədə məlumat yoxdur.

ANTİ-HÖKUMƏT ETİRAZÇILARI DÖVLƏT TELEVİZİYASININ QƏRARGAHINA GİRİB

Pakistanda anti-hökumət etirazçıları İslamabadda dövlət televiziyasının qərargahına girib.

Milli PTV kanalı və ingilisdilli PTV Dünya Xidməti efirdən çıxarılıb. Bu kanal öncə darvazanı sındırıb binaya daxil olan kişiləri canlı göstərib.

Sentyabrın 1-də daş və çubuqla silahlanmış etirazçılarla toqquşmalar olub.

PAKİSTAN ORDUSU «TƏHLÜKƏSİZLİYİ TƏMİN EDƏCƏYİNİ» DEYİR

Sentyabrın 1-də Pakistanda daha bir gərgin gün başlayır. Anti-hökumət etirazçıları ilə hakimiyyətin paytaxt İslamabadda qarşıdurması davam edir, güclü ordu isə itaətsizliyə son qoyacağını bildirir.

Ordu rəsmiləri avqustun 31-də hökumət və etirazçıları fikir ayrılıqlarını sülh yoluyla həll etməyə çağırıb, ancaq onu da bildirib ki, ordunun «dövlətin təhlükəsizliyinin təminatında» rolu var.

Bu bəyanatdan öncə ordu generalları Ravalpindidə görüşüb böhranı müzakirə ediblər. Minlərlə nümayişçi parlament binası və baş naziri Nawaz Sharif-in evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşur. Avqustun 30-dan bəri 3 nəfər ölüb, yüzlərlə yaralı var. Müxalifət lideri Imran Khan və populist ruhani Tahir ul-Qadri-nin tərəfdarları Sharif-in evinə girməyə çalışır. Onun istefası tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG