Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

İraq qüvvələri Əmirli şəhərinin mühasirəsini yarıb


İraq ordusunun dəstəklədiyi şiə yaraqlıları və kürd peşmərgələri ölkənin şimalında əsasən şiələrin yaşadığı Əmirli şəhərinə daxil olublar. Bu şəhəri iki aydır İslam Dövləti qruplaşması mühasirəyə almışdı.


Yerli rəsmilər və ordunun məlumatına görə, mühasirə avqustun 31-də yarılıb.

İyundan bəri minlərlə sakin şəhərdə ərzaq və su qıtlığı yaşayırdı.

Birləşmiş Ştatlar avqustun 30-da bildirib ki, Əmirli ərazisinə 3 hava zərbəsi endirib, eləcə də sakinlərə humanitar yardım sallayıb.

XS
SM
MD
LG