Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

-

Ukrayna üzrə kontakt qrupu sentyabrın 1-də Minskdə toplaşır. Rusiyanın ITAR-TASS agentliyinə görə, qondarma Donetsk Xalq Respublikasının (DNR) təmsilçiləri də görüşə qatılacaq.

Kontakt qrupuna Rusiya, Ukrayna və ATƏT təmsilçiləri daxildir.

Bu görüşdən bir gün öncə yayılan xəbərlərə görə, Ukraynanın şərqindəki rusiyayönlü separatçılar Azov Dənizində üzən Ukrayna hərbi gəmisini vurublar.

Avqustun 31-də Rusiya prezidenti Vladimir Putin deyib ki, «Ukraynanın şərqində yaşayan əhalinin qanuni maraqlarının qorunması məqsədilə həmin ərazidə dövlətçilik» üzrə danışıqlar aparılmalıdır. Putinin sözçüsü Dmitry Peskov daha sonra bildirib ki, Putinin bəyanatı DNR və ya Ukraynanın separatçı Luqansk ərazisinə Kremlin dəstəyi anlamına gəlmir. Peskov deyib ki, bu regionlar Ukraynanın bir hissəsi olaraq qalmalıdır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsi olmayacaq.

Lavrov deyir ki, sentyabrın 1-də Minskdə Ukrayna böhranına dair danışıqlarda dərhal atəşkəs məsələsi müzakirə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG