Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

5 ölkənin klubları yeni oyunçu almağa 2 milyard 90 milyon dollar xərcləyib


Şüarda albaniyalı Xherdan Shaqirinin şəklinin altında yazılıb ki, "bizim sənə ehtiyacımız var"

Şüarda albaniyalı Xherdan Shaqirinin şəklinin altında yazılıb ki, "bizim sənə ehtiyacımız var"

Avropanın böyük 5-liyi- İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliya futbol klubları yaydakı transferlərə 2 milyard 90 miilyon dollar xərcləyib. Bu, keçən ilki rekorddan çoxdur.

Keçən il “cəmi” 2 milyard 20 milyon dollar xərclənmişdi.

Yaydakı “transferlər pəncərəsi” sentyabrın 1-də bağlanmalıdır. Həmin vaxta qalan bir neçə saata Monaco-nun kolumbiyalı hücumçusu Radamel Falcaonun da Real Madridə keçə biləcəyi istisna olunmur. Falcaonun keçə biləcəyi digər klublar, Juventus və Manchester City-dir. Ancaq bir gün əvvəl Falcao Twitterdə yazıb ki, "Arzu həqiqıt olur. Madrid".

Son gündən çox şey gözlənilir. Çünki keçən il İngiltərə klublarının transferlərinin 20 faizi məhz axırıncı günün payına düşüb.

Böyük 5-lik ölkələri arasında yeni oyunçu almağa ən çox pul xərcləyən bu yay İngiltərə klubları olub. 5-liyin xərclədiyi pulun 43 faizi İngiltərə klublarının payına düşür. İkinci yerdə İspaniya klubları gəlir – 25 faiz.

İngilis klubları təkcə ispaniyalı oyunçuların alınmasına 300 milyon dollar xərcləyib. İspaniya klubları 600 milyon dollar xərcləyiblər. Almaniya klublarının oyunçu almağa xərcləri keçən illə müqayisədə 25 faiz artaraq 300 milyon dollar çatıb.

İtaliya klublarının bu yayki xərcləri 200 milıyon dollardır. Bu da 1 il əvvəllə müqayisədə 45 faiz azalma deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG