Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

"Azərbaycan saatı”nın aparıcısı, “Azadlıq” qəzetinin redaktoru Seymur Həzi avqustun 31-də Abşeron polis İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosuna Seymur Həzinin atası məlumat verib.

“Biz az əvəl Abşeron polisinə getmişdik, Seymura yemək aparmışdıq. Dedilər ki onu artıq Kürdəxanı təcridxanasına aparıblar. İndi yoldayıq ora gedirik”.

Seymur Həzini avqustun 29-da Abşeron polisi saxlayıb. O “xuliqanlıq”da ittiham olunur.

Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfərin ona yaxınlaşıb və facebooka yazdığıqlarına niyə cavab vermədiyini soruşub və daha sonra onu vurmağa başlayıb. Bu zaman o özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub. Daha sonra isə polislər onu saxlayıb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG