Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:45

Ermənistan yeni Türkiyə prezidenti ilə bağlı "böyüd ümidlərə qapılmır"


Türkiyədə Erdoganın prezident kimi andiçmə mərasimindən sonra onun Ermənistanın xarici işlər naziri Nalbandianla qısa söhbəti olub.

Ermənistan xarici işlər nazirliyinin məlumatına görə, Nalbandian Erdogana Sarkisianın dəvətini çatdırıb.

Ermənistan prezidenti yeni Türkiyə prezidentini 2015-ci il aprelin 24-də Yerevanda 1915-ci il erməni qırğını qurbanlarının xatirəsini yad etmə mərasiminə dəvət edir.

Hakim Respubika partiyasından olan Hovanes Saakian Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki, əgər Erdogan dəvəti qəbul etsə, bu, iki ölkə arasında “buzların əriməsi” demək olacaq. Ancaq o bildirib ki, Ermənistan bununla bağlı böyük ümidlərə qapılmır.

Müxalifətdən olan Dashnaksütün partiyası isə əvvəl verdiyi bəyanatı bir daha təsdiqləyib ki, Ermənistanın xarici işlər nazirinin Erdoganın andiçmə mərasiminə qatılması alqışlana bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG