Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59

-

Pakistanın paytaxtı İslamabadda polislə etirazçılar arasında toqquşmalarda 3 adam ölüb, 400 adam xəsarət alıb.

Avqustun 31-də toqquşmalar davam edib.

Neçə gündür ki, parlament binası ətrafında qərarlaşan on minlərlə nümayişçi avqustun 30-da parlament binasına doğru yürüşə başladı.

Qarşıdurmada yaralananlar arasında polislər də var.

Paytaxt polisinin rəisi Khalid Khattak bildirib ki, etirazçılar iri çəkiclərlə, nizələrlə silahlanıblar, onların hətta qaldırıcı krandan istifadə ediblər.

Müdafiə naziri Khvaja Mohammad Asif deyib ki, parlament binasının ətrafını polis nümayişçilərdən azad edə bilib.

Nünmayişçilər baş nazir Navaz Sharifin istefasını tələb edir. O, isə avqustun 30-da istefa verməyəcəyini bəyan edir.

Nümayişçilər Navaz Şərifin iqamətgahına da hücum edib, polis rezin güllələrlə onların qarşısını alıb.

Pakistanın digər iri şəhərləri olan Lahorda, Karachidə də etiraz nümayişləri gedir.

Pakistanın müxalifət liderləri İmran Khan və Tahir ul-Qadri milyonlarla insanı etirazlara səsləyirlər. Ancaq nümayişlərə çıxanlar on minlərlədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG