Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Stokholmda "Ümumünya su həftəsi"ndə 130 ölkə iştirak edir


İsveçin paytaxtı Stokholmda “Ümumdünya Su həftəsi” başlanıb. Sentyabrın 5-nədək davam edəcək tədbirlərdə 130 ölkədən 2500 ekspert və 270 təşkilat iştirak edir.

Bu ilki tədbirlərin mövzusu “su və enerjidir”.

“Bütün növ enerjilərin istehsalı üçün su lazımdır. Eyni vaxtda nasosların işləməsi, suyun təmizlənməsi, saxlanması üçün enerji tələb olunur. Su və enerji bir-birindən ayrılmazdır”.

Bunu bildirən ekspertlər deyirlər ki, dünyada suyun 20 faizi sənaye və enerji müəssisələrinə gedir. Dünyada 1 milyard insanın isə elektrik enerjisinə və içməli suya çıxışı yoxdur.

Sənaye suyu indiki sürətlə işlətsə, 2050-ci ilə suya ehtiyac 11 faiz artacaq.

Bu ilki su həftəsində Stokholm Beynəlxalq Su Mükafatı Cənubi Afrikalı alim Jhon Briscoya veriləcək. O, dünya su resurslarının istifadəsində araşdırmalara və tətbiqi nəticələrə görə bu mükafata layiq görülüb. Ona mükafatı İsveç kralı Karl İV Gustav təqdim edəcək.

XS
SM
MD
LG