Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:01

Erdoganın prezident kimi verdiyi ilk ziyafətdə bir neçə Azərbaycan mahnısı səsləndirilib


Türkiyə prezidenti Erdogan Zəfər bayramı münasibəti ilə ziyafət verib. Bu, Erdoganın Türkiyə prezidenti kimi Çankaya iqamətgahında təşkil etdiyi ilk qəbul olub.

APA-nın Türkiyə bürosunun mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, qəbulda diqqəti çəkən məqamlardan biri də bir neçə Azərbaycan xalq mahnısının və bəstəkar Cahangir Cahangirovun “Ay qız” mahnısınım səsləndirilməsi olub.

1922-ci ilin 30 avqustu - Türkiyəni əcnəbi işğalçılardan təmizləmək məqsədi ilə Baş Komandan Mustafa Kamal Atatürkün hazırladığı plan əsasında Türk ordularının həlledici hücuma başladığı tarixdir. İstiqlal savaşının son mərhələsi olan bu hərbi əməliyyat 9 sentyabr 1922-ci ildə İzmirdə yunan ordusunun məğlub edilməsiylə nəticələnib. İlk dəfə 1923-cü ildə Afyonkarahisar, Dənizli, Kahramanmaraş, Ankara və İzmirdə qeyd edilən 30 avqust Zəfər bayramı Türkiyə Böyük Millət Məclisinin 1935-ci ilin mayında qəbul etdiyi qərarla rəsmi bayram statusu qazanıb.

XS
SM
MD
LG