Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:27

Pakistanda etirazlarda 1 adam ölüb, yüzlərlə adam yaralanıb


Pakistanın paytaxtı İslamabadda polislə etirazçılar arasında toqquşmalarda 1 adam ölüb, yüzlərlə adam xəsarət alıb.

Avqustun 31-də səhər toqquşmalar davam edir.

Nümayişçilər Pakistanın Baş naziri Nəvaz Şərifin iqamətgahına hücum edib, polis rezin güllələrlə onların qarşısını almaq istəyib.

Etirazçılar baş nazirin istefasını tələb ediblər.

O isə avqustun 30-da bir daha bildirib ki, istefa verməyəcək.

Müxalifət liderləri Pakistanın milyonlarla vətəndaşını etiraza qalxmağa çağırırlar, ancaq nümayişlərdə hələlik iştirak edənlər on minlərlədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG