Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

ABŞ İrana qarşı sanksiyaları genişləndirir


İran
İran

-

Birləşmiş Ştatlar İranın 25-dən çox müəssisə və fərdlərə qarşı yeni sanksiyaları elan edib.

Siyahıda 6 İran bankı, hava yolları şirkətləri, elmi-tədqiqat institutları var.

ABŞ Maliyyə Nazirliyi deyib ki, «Meraj» Hava Yolları və «Caspian» Hava Yolları İrandan Suriyaya silah daxil qadağan olunmuş mallar daşıyır.

ABŞ Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden deyib ki, sanksiyalara baxmayaraq, ölkə İranın nüvə proqramı ilə bağlı optimal yol tapılması üçün danışıqlarda iştirakına davam edir.

P5+1 adlanan qrupda İranın nüvə proqramı ucbatından yaranmış problemlərin həlli müzakirə edilir. Qrupa İran və 6 güc dövləti - ABŞ, Britaniya, Almaniya, Çin, Fransa və Rusiya daxildir.

Uzun müddətdir davam edən danışıqların hələ ki, bir nəticəsi yoxdur.

Qərb İranın uranı zənginləşdirmək səylərindən narahatdır, rəsmi Tehran isə nüvə proqramından yalnız elmi sahələrdə istifadə edəcəyini deyir.

XS
SM
MD
LG