Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

-

apa-nın ITAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral John Kirby bildirib.

Onun dediyinə görə, səfər zamanı Chuck Hagel gürcü həmkarı Irakli Alasania ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Səfərin konkret tarixi açıqlanmır.

J.Kirby qeyd edib ki, bu Chuck Hagel-in ABŞ müdafiə naziri qismində Gürcüstana ilk səfəri olacaq. Onun gürcü həmkarı və Gürcüstanın baş naziri ilə görüşü bu ilin əvvəlində Münhendə baş tutub.

J.Kirby-nin dediyinə görə, Gürcüstan ABŞ-ın mühüm tərəfdaşlarından biridir:

«Gürcüstan Silahlı Qüvvələri İraq və Əfqanıstanda ABŞ-ın çox dəyərli tərəfdaşı olub».

Günün bütün mövzuları

XS
SM
MD
LG