Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Britaniya terror riski dərəcəsini qaldırdı


Foto (Arxiv)
Foto (Arxiv)

Risk şkalasında «kəskin» dərəcəsi o deməkdir ki, terror basqını ehtimalı olduqca yüksəkdir.

-

Bu barədə bəyanat verən Böyük Britaniyanın daxili işlər naziri Theresa May deyib ki, terror riski dərəcəsinin “nəzərəçarpacaq” pilləsindən “kəskin”ə qaldırılması İraq və Suriyada şiddətlənən münaqişə ilə bağlıdır.

Terror riski şkalasında “kəskin” dərəcəsi o deməkdir ki, terror basqını ehtimalı olduqca yüksəkdir.

Bununla belə, xanım May əlavə edib ki, konkret terror hücumunun hazırlanması barədə hələlik heç bir məlumat yoxdur.

“Kəskin” dərəcəsi 5 mərhələli risk şkalasında 4-cü pillədir. Bundan sonra ən yüksək risk dərəcəsi olan “böhranlı” vəziyyət pilləsi gəlir.

Britaniyada terror riskinin dərəcəsi 2011-ci ildən bu yana dəyişilməz olaraq qalırdı.

Təhlilçilər bildirirlər ki, risk dərəcəsinin qaldırılması İraq və Şamın İslam Dövləti (İŞİD) döyüşçülərinin regiondakı irəliləyişi ilə əlaqədardır.

NATO-nun sərhədində terrorçu dövlət

Baş nazir David Cameron yaranmış vəziyyətlə əlaqədar çıxışında deyib ki, “İŞİD silahlılarından qaynaqlanan təhlükə əvvəllər heç vaxt bu qədər dərin və bu qədər geniş olmayıb”.

Cənab Cameron bildirib ki, hazırda Qərb, zəhərli və ekstremist ideologiya ilə nəsillər çarpışmasının içindədir.

O deyib ki, İŞİD hər hansı ölkəyə bağlı terrorçu təşkilat deyil, əksinə öz terrorçu dövlətini yaratmağa çalışır.

“Belə getsə, biz NATO üzvünün sərhədlərində, Aralıq dənizinin sahillərində terroçu dövlətlə üzbəüz qala bilərik” – deyib baş nazir.

Cihada getmək istəyənlərin pasportları alınacaq

David Cameron həmçinin deyib ki, münaqişədə vuruşmaq məqsədilə xaricə gedənlərin pasportlarının əllərindən alınması prosedurunu asanlaşdırıan qanunvericilik aktı hazırlanır.

Risk dərəcəsini müəyyən edən və dəyişdirən təşkilat Birləşmiş Anti-Terror Analitik Mərkəzidir (Joint Terrorism Analysis Centre (JTAC) və bu qurum hökumətdən asılı deyildir.

Britaniyanın xüsusi xidmət orqanları Amerika jurnalisti James Foley-ni qətlə yetirmiş şəxsin kimliyini araşdırmaqda davam edir. Bu İŞİD döyüşçüsünün Britaniya vətəndaşı olmasından şübhələr mövcuddur.

Polisə “anti-cihad” səlahiyyəti

Ümumiyyətlə isə, Avropadan cihada qoşulmuş 2 min nəfərin arasında 500-nün Britaniyadan olduğu təxmin edilir.

Bu ayın əvvəllərində hökumət “ölümsaçan eksteremist ideologiyaya qarşı mübarizə məqsədi ilə hüquq-mühafizə orqanlarının anti-cihad səlahiyyətlərini artırmağa hazırlaşdığını” elan etmişdi.

Daxili İşlər Nazirliyi bəyan edib ki, bu həftəsonundan Britaniya şəhər və kəndlərinin küçələrində silahlı polislərin patrul xidməti başlanacaq.

Bəzi müşahidəçilər Britaniyada terror riski dərəcəsinin qaldırılmasını həm də gələn həftə Uelsdə keçiriləcək NATO sammiti ilə bağlayırlar.

Britaniya mətbuatı diqqəti belə bir məqama çəkir ki, ABŞ öz risk dərəcəsini dəyişməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG