Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Son günlər müşahidə olunan bahalaşmanın səbəbləri


-

Avqustun əvvəllərində kilosu 30-50 qəpiyə olan bəzi kənd təsərrüfatı məhsulları ikiqat bahalaşıb.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində bu bahalaşmanın səbəbini daha çox Rusiya amili ilə izah edir:

«Rusiya Avropadan kənd təsərrüfatı məhsulları almağa sanksiya qoyandan sonra kənarda bazar axtarıb. Onun siyahısında Azərbaycanın da adı var. Artıq yerli məhsulların daha keyfiyyətlisi Rusiyaya daşınmağa başlayıb, bu da bazara öz təsirini göstərir. Onsuz da Azərbaycanda elə də bolluq deyildi. Digər tərəfdən, bəzi işbazlar da bundan istifadə edib Rusiya bazarına getməyən məhsullarda belə qiymət qaldırıblar».

Vahid Məhərrəmov onu da əlavə edir ki, bu il aqrar sektorda məhsuldarlıq yüksək olmayıb:

«Ya fermerlər aqrotexniki qaydalara əməl etməyiblər, ya da su sarıdan qıtlıq çəkiblər. Yayın isti keçməsinə, quraqlığa görə, suya tələbat artıb. Amma bəzi regionlarda suvarma problemləri olub».

Ekspert qiymət artımının süd və süd məhsullarına, ət və ət məhsullarına da öz təsirini göstərəcəyini proqnozlaşdırır:

«Çünki bu il ot və ot məhsullarının istehsalında azalma müşahidə edilib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG