Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

-
Avqustun 29-da Xətai Rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi üzrə hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyevin özü məlumat verib.

Əli Gülalıyev xuliqanlıqda ittiham olunur. O, 2013-cü ilin sentyabrında təhsil aldığı 165 saylı məktəbdə davada iştirakda ittiham olunur.

Oqtay Gülalıyev deyir ki, nə işdə zərərçəkən kimi adı keçən şagird Bayram Sultanov, nə də onun nümayəndəsi hazırlıq iclasında iştirak edib:

«Bu iş saxtalaşdırılıb. Əslində bu hadisədə mənim oğlum bıçaqlanıb. Dəfələrlə şikayət etsək də, araşdıran olmayıb. Elə məqsəd də diqqəti başqa tərəfə yönəltməkdir».

Növbəti məhkəmə prosesi sentyabrın 9-a təyin olunub.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG