Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

İmişlidəki Kəllə Qənd Zavodunda dəzgah fəhlənin ayağını doğrayıb


İmişli Kəllə Qənd Zavodu

İmişli Kəllə Qənd Zavodu

-

Avqustun 29-da səhər saatlarında Azərbaycan Şəkər İstehsalat Birliyinin İmişlidəki Kəllə Qənd Zavodunda növbəti bədbəxt hadisə baş verib.

İmişli rayonunun Qaralar kəndində yaşayan, 2 uşaq atası, 30 yaşlı Mehdi Mehdiyev növbəli işdə olarkən ciddi xəsarət alıb. Fəhlənin sağ budunun dizdən aşağı hissəsi sıxıcı-doğrayıcı dəzgah arasında qalaraq kəsilib. Yaralı təcili olaraq İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisənin şahidi olan zavod fəhlələrinin dediyinə görə, Mehdi Mehdiyev kəskin qan itirdiyindən, müəssisə rəhbərliyi könüllü olaraq ona qan verilməsinə razı olan xeyli sayda işçini xəstəxanaya göndərib.

AzadlıqRadiosuna danışan fəhlənin atası Əziz Mehdiyev bildirir ki, oğlu hazırda əməliyyat olunur.

Hadisənin hansı şəraitdə baş verməyi ilə bağlı müəssisə rəhbərliyindən məlumat almaq cəhdlərimiz nəticə vermədi.

XS
SM
MD
LG