Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

-

«ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar 27 və 28 avqust tarixində verdiyi açıqlamaları əsasız və qəbuledilməzdir».

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama yayıb.

Açıqlamada deyilir ki, «siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub».

Elman Abdullayev bildirir ki, ABŞ başqalarında «problem axtarmaq əvəzinə öz daxilində» insan hüquqları ilə bağlı problemlərə diqqət yetirsin.

XİN sözçüsü ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində baş verən hadisələri xatırladıb bildirir ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ özü bu dəyərlərə əməl etmir.

Avqustun 27-də Birləşmiş Ştatlar Naxçıvanda jurnalist və insan haqları fəalı İlqar Nəsibovun döyülməsini pisləyib. ABŞ Dövlət Departamenti hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılması istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG