Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:05

-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan «Şərq qapısı» qəzetinin 164-cü (29.08.2014) sayından seçmələr.

«Şərq qapısı» - 29.08.2014

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 20 aprel 2012-ci il tarixdə Sərəncam imzalanmış, sərəncama əsasən, «Naxçıvan: ilkin şəhər və Duzdağ» mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir.

..Qonaqların ən çox səfər etdikləri Nuh Peyğəmbərin məzarüstü türbəsi isə əcnəbi vətəndaşların düşüncəsində, sözün həqiqi mənasında, dərin iz buraxır. Bütün səmavi kitablarda öz əksini tapmış Ümumdünya Tufanından sonra bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin bu torpaqda quruya çıxması, burada yaşaması, vəfat etməsi və məzarının qalıqlarının bu torpaqda tapılmasını təkcə yerli tarixçilər deyil, bura gələn səyahətçilər də zaman-zaman öz xatirələrində qeyd etmişlər. Qısa şəkildə ifadə etməli olsaq, elə bəşəriyyətin ikinci yaranış tarixini özündə əks etdirən bu abidənin istənilən əcnəbidə maraq, təəccüb, həyəcan doğurmaması mümkün deyil.

…Təbii ki, yuxarıda adları qeyd olunan ünvanların hər biri qədim Naxçıvanın rəmzləri sayıla biləcək abidələrdir. Eyni zamanda bu abidələr qədim diyarımızın emosiya bağlarıdır. Çünki bu ünvanlarla tanış olanlar öz hiss-həyəcanını, təəccüb və marağını gizlədə bilmir. Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu emosiya daşıyıcılarının bir-biri ilə də bağlılığı var: Nuh Peyğəmbərin və Əshabi-Kəhf mağa­rasının adı «Qurani-Kərim»də çəkilir, eyni zamanda Nuh Peyğəmbərin qədim Duzdağ mağaralarında çalışdığı haqda tarixi mənbələrdə məlumatlar var.

Ötən dövr ərzində hər üç məkanın tanıdılması və təbliği istiqamətində görülən işləri həm də muxtar respublikada həyata keçirilən sistemli brend-marketinq fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək olar.

Yazının əsli: Naxçıvanın emosiya bağları

Şərhləri göstər

XS
SM
MD
LG