Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:45

«Qarabağ»ın tarixi uğuru


Azerbaijan -- football game Garabag vs. Twente, UEFA League, 21 August 2014.
Azerbaijan -- football game Garabag vs. Twente, UEFA League, 21 August 2014.

"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində avqustun 28-də Hollandiyanın "Tvente" nin qonağı olub.

Qol.Az-ın məlumatına görə, Enshede şəhərində keçirilən oyunda Azərbaycan komandası 1-1 hesabına nail olaraq yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.

Rəqiblərin Bakıda keçən ilk oyununda hesab açılmamışdı. Ona görə də təkrar görüşdə istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam komandasını qrup mərhələsinə çıxarırdı.

Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Qarabağ" ikinci hissədə cavab qolunu vurmaqla tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

XS
SM
MD
LG