Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

Türkiyə prezidenti kimi ilk çıxışında Recep Tayyip Erdogan deyib ki, Avropa Birliyinə üzvlük, demokratik islahatlar və kürdlərlə sülh prosesi onun üçün əsas prioritetlər olacaq.

O bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü strateji məqsəddir, o bunu daha qəti şəkildə gerçəkləşdirəcək.

Erdogan bu sözləri mərasimə gələn müxtəlif ölkələrin liderlərinə və təmsilçilərinə müraciətində deyib.

Avqustun 28-də Erdoganın andiçmə mərasimi keçirilib

Erdogan birbaşa seçki ilə seçilən ilk Türkiyə prezidenti oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG