Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Prezident Administrasiyası qarşısında özünü yandıran Jalə Salahova reanimasiyadan çıxıb


-

Prezident Administrasiyası önündə özlərini yandıran Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahovanın vəziyyəti yaxşılaşıb.

Bu haqda AzadlıqRadiosuna Elçin Salahovun özü məlumat verib. Onun dediyinə görə, həyat yoldaşı Jalə Salahova avqustun 28-də reanimasiya şöbəsindən palataya köçürülüb:

«Mənim yaralarım az idi deyə, sağalma prosesi tez keçdi. Yoldaşım bu günə kimi reanimasiyada idi. Bu gün çıxardılar. Vəziyyəti yaxşıdır. Dövlətimizə minnətdarıq ki, bizi tək qoymadılar. Həm müalicəmizdə, həm də digər problemlərin həllində köməklik etdilər. Özümüzü yandırmağımıza səbəb olan problem də həll olunmaq üzrədir».

Müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG