Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Ebola ilə mübarizəyə yarım milyard dollar vəsait tələb olunur


Ebola xəstəliyinə tutulanların sayı 20 min nəfərə çata bilər, bu da əvvəl ehtimal olunandan 4 dəfə çoxdur. Bunu Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Təşkilat Ebola xəstəliyi ilə mübarizədə strateji planını elan edib. Xəstəliyin qabağını almağa lazım olan pul yarım milyard dollardır.

Təşkilatın fikrincə, xəstəliyin mərkəzi olan Qərbi Afrikada həkimlər, tibb işçiləri də daxil, 12 min yerli işçisi və 750 beynəlxalq ekspert tələb olunur.

İndiyə kimi bu xəstəliyə 3069 adam tutulub. Xəstəlikdən ölmə ehtimalı 52 faizdir.

İndiyə kimi 1552 adam ölüb.

XS
SM
MD
LG