Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

Apellyasiya məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etmədi


Rəsul Cəfərov

Rəsul Cəfərov

-

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Fariz Namazovun dediyinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini rədd edib:

«Nərimanov rayon Məhkəməsi Rəsul Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı bizim vəsatəti qəbul etməmişdi. Biz məhkəmənin bu qərarında apellyasiya şikayəti vermişdik. Apellyasiya məhkəməsi tutarlı əsas gətirmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz hesab edirik ki, Rəsul Cəfərovu həbsdə saxlamağa heç bir əsas yoxdur. O, indiyə kimi istintaqla əməkdaşlıqdan boyun qaçırmayıb».

Rəsul Cəfərov avqustun 2-də saxlanılıb. Ona vergidənyayınma, səlahiyyət həddini aşma və qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb. Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG