Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:08

Dünya tarixi ovcunuzun içində


www.timemaps.com
www.timemaps.com

-

Vaxt var idi dünyanın siyasi xəritəsi bomboş idi, yer üzü köçəri və oturaq qəbilələrin məskəni idi. Sonra xaritədə rəngbərəng “ləkələr” artmağa başladı...

TimeMaps saytında siz qədim dövrlərdən indiyəcən həmin “ləkələr”in, yəni irili-xırdalı dövlətlərin tarixini izləyə bilərsiniz. Sadəcə, saytda regionun, ya da ölkənin adını axtarışa verməklə.

Buradakı interaktiv xəritə cəmi bir neçə saniyəyə sizə konkret regionda tarixən hansı dövlətlərin mövcud olduğunu göstərəcək. Yanında da yığcam tarixi məlumatla.

Məsələn, İran adlanan ərazidə ilk olaraq hansı dövlətlərin qurulduğunu, sonralar Qaraqoyunlu dövlətinin yaranmasını, Səfəvi imperiyasını...

İnteraktiv xəritəyə 650 xəritə daxil edilib və getdikcə sayı artırılır.

Saytı yaradanlar oxuculara müraciət edirlər ki, qısa dövr ərzində mövcud olmuş dövlətlər xəritəyə hələ ki daxil edilməyib, kim belə bir “boşluq” görsə, sayta üzv ola və çatışmayan informasiyanı yollaya bilər. Məsələn, Qafqazda 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları interaktiv xəritədə yoxdur...

Sayt həm uşaqlara, həm böyüklərə, həm tarixsevərlərə, həm müəllimlərə, jurnalistlərə maraqlı ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG