Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59

ABŞ «Dağlıq Qarabağ Respublikası»nı tanımır


-

ABŞ səfirliyi Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Səfirliyin saytında yerləşdirilən məlumatda bu qətnamənin ABŞ-ın siyasətini əks etdirmədiyi vurğulanır:

«Birləşmiş Ştatların xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar. Onların rəyi milli xarici siyasəti təmsil etmir. Kaliforniya ştatının Senatında Dağlıq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir».

Bu günlərdə Kaliforniya ştatının Senatı «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib.

Qətnamədə, həmçinin, ABŞ prezidenti və Konqresin Dağlıq Qarabağın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG