Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:08

Poroshenko deyir ki, Rusiyanın hərbi təcavüzü baş verdi


Ukrayna prezidenti Poroshenko bildirib ki, Novoazovsk şəhərinin Rusiya qoşunları tərəfindən tutulması ilə Rusiyanın Ukraynaya hərbi təcavüzü baş verdi.

Poroshenko bununla bağlı Türkiyəyə səfərini təxirə salıb.

O bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şuralarının fövqəladə toplantısını çağırır.

Toplantıda Donetsk regionunda vəziyyətin kəskin pisləşməsi müzakirə olunacaq.

Şura avqustun 28-də bildirib ki, Rusiya qoşunları Novoazovsk şəhərini tutub.

Şuranın məlumatına görə, burdakı Ukrayna qoşunları Rusiya ərazisindən Qrad raket sistemlərinin atəşinə məruz qalıb.

Qərb ölkələri Rusiyanı Ukraynaya hərbi müdaxilədə ittiham edir.

Rusiya Ukraynaya əsgər göndərməsi ittihamlarını rədd edir.

XS
SM
MD
LG