Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Bakının Neftçi klubu Avropa Liqası pley-off mərhələsi çərçivəsində avqustun 28-də Serbiyanın Partizan klubunu qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21-də başlayacaq.

Serbiyada keçirilən ilk görüş 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Qrup mərhələsinə çıxmaq üçün Neftçini 1:0 və ya 2:1 kimi minimal hesab da qane edir.

Həmçinin eyni mərhələdə mübarizə aparan Ağdamın Qarabağ klubu bu gün səfərdə, Hollandiyanın Tvente klubu ilə qarşılaşır.

Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb.

Qrup mərhələsinə çıxmaq üçün Qarabağı istənilən məshuldar heç-heçə də qane edir.

XS
SM
MD
LG