Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:56

-

Putin yeni taktikaya keçib. Suriyada baş kəsmək adi tamaşadır. ABŞ banklarından 100 milyon oğurlayan haker. İraqda krallıq iddiasında olanlar var.

Dünya mediası bu gün nədən yazır?

PUTİNİN YENİ TAKTİKASI

Washington Post qəzeti yazır ki, Rusiya Ukrayna müharibəsində yeni taktikaya keçib. Putin Minskdə Poroshenkoya deyib ki, Rusiya “etimad mühiti” yaratmaq üçün hər şeyi edəcək.

Ukraynaya tank göndərmək etimaddırtmı?

Putin niyə belə edir?

Nyu York Universitetindən Mark Galeoti hesab edir ki. dünyadakı alyanslar və güclər siyasi, hərbi, iqtisadi baxımdan Rusiyadan üstündürlər, ona görə Rusiyanın assimmetrik cavaba ehtiyacı var.

Rusiya Ukraynanın Avropa Birliyi ilə saziş imzalamasının qarşısını alır və onun taktikası “düşməni zəiflətmək, birbaşa qarşıdurmaya isə getməməkdir”.

SSRİ-DƏKİ KEÇMİŞ SƏFİR MƏSLƏHƏT VERİR

Vaxtilə ABŞ-ın SSRİ-dəki səfiri olmuş, indi isə Princeton Universitetində professor olan Jack Matlock National interest dərgisində yazır ki, Ukraynada böhrana son qoymağın vaxtıdır. Vətəndaş müharibəsi kifayət qədər uzandı. Indi bütün tərəflər sülhə gəlməyə hazır görünür.

Məşhur Amerika jurnalisti Thomas Fridman Barack Obamaya belə bir sual verdi ki, ABŞ İraqda niyə effektiv hökumət yarada bilmədi?

Barack Obamanın buna maraqlı cavabı oldu: “Biz onların özləri üçün eləmək istəmədiyini onların yerinə edə bilmərik”.

Obama başqa maraqlı fikirlər də söyləyib: “Siyasi fraksiyalar maksimalist mövqelər tutanda cəmiyyət işləmir”. “Ölkə nə qədər rəngarəngdirsə, bir o qədər bu ölkə maksimalist mövqelərdən qaça bilir”.

Barack Obama problemin kökündə duran məsələni ortaya çıxarır. Özü də təkcə İraqda yox. Bu, ABŞ-ın Ukrayna siyasətinə, Rusiya ilə qarşıdurmaya da tətbiq oluna bilər.

Matlockun təklifi odur ki, Soyuq Müharibənin imitasiyasına son qoyulmalıdır, ukraynalılara imkan verilməlidir ki, özləri üçün nəyi etmək istəyirlərsə, etsinlər. Kənardan heç kim heç nəyi Ukraynada edə bilməyəcək.

SANKSİYALAR YENİ MÜSTƏQİL DÖVLƏTLƏRİ RUSİYA TƏZYİQİ QARŞISINDA QOYUR

Foreign Affairs yazır ki, Rusiyaya qarşı sanskiyalar gücləndikcə Putinin diqqəti ətraf ölkələrə yönəlir.

Bu sanskiyalar Rusiyanın regionla əlaqələrini gücləndirəcək.

Bu da ABŞ-ın 20 ildir ki, apardığı siyasətin strategiyasına zidddir. ABŞ SSRi dağılandan çalışır ki, SSRİ ərazisində yeni yaranan dövlətlərin müstəqilliyi güclənsin.

Bununla belə, Foreign Affairs hesab edir ki, Rusiyanın qərar verdiyi alyanslar heç vaxt uğur qazanmaycaq.

Bundan başqa, yeni müstəqil dövlətlər də bu 20 ildə müstəqillik yolunda xeyli irəiləyiblər.

BAŞ KƏSMƏK ADİLƏŞİB

Suriyada baş kəsmək adi hala çevrilib. New York Times qəzeti belə yazır.

Yaraqlı müxalifətin olduğu ərazilərdə ictimai edamlar, çox vaxt da boyun vurulması adi ictimai tamaşa olub.

Hökumət qoşunlarının nəzarətində olan ərazilərdə isə qırğınlardır və işgəncələrdir.

Bunu BMT yeni hesabatında bildirir.

İraq və Suriya İslam dövləti Təşkilatı yaraqlılarının nəzarətində olan Suriya ərazisində indiyə kimi onlarla adamın boynunun vurulduğu haqda sənədlər var. Bu adamların boynu vurulandan sonra başları və bədənləri ictimai yerlərdə günlərlə saxlanır ki. adamlar baxıb, dərs alsınlar.

Edam olunanlardan 5 nəfərinin yaşı 18-dən az olub.

2 qadını isə kütlə daş-qalaq edib.

Hələb və Raqqa şəhərlərində meydanlar əl-qol kəsmək, qamçı vurmaq səhnəsinə çevrilib.

İslam dövləti yaraqlıları 14 yaşı, hətta 10 yaşı olan oğlanlar üçün düşərgələr yaradıb, onlar hərbi münaqişədə əsgər kimi istifadə olunur.

İRAQ KRALI?

Times qəzeti yazır ki, İraqın kral ailəsi İraqdakı hadisələri belə izah edir: şiə hökuməti illərlə sünnilərin acınacaqlı vəziyyətinə göz yumub. Bu da İraq İslam dövləti yaraqlılarının ortaya çıxmasına gətirdi.

Bunu Al-Sharif Abdulah bin al-Hussein deyir.

O bildirir ki, sünniləri öldürürdülər, oğurlayırdılar və əvəzində pul istəyirdilər. Bunu hökumət qoşunları edirdi. Sünnilər başa düşmürdülər ki, sübutsuz insanı necə həbs etmək olar.

Həbsxanalarda minlərlə günahsız sünni var. Sünnilər bütünlüklə dövlətdən qıraqda qalıb.

Al-Hussein 1958-ci ildə hərbi çevrilişdə öldürülən Kral İİ Faisalın əmisi oğludur. O vaxt onun 2 yaşı var idi. Al-Hussein 2003-cü ildə İraqda krallığı bərpa etmək təklifi ilə gündəmə gəlib.

Londonda böyümüş və investisiya bankiri olan al-Hussein deyir ki, onun məqsədi sünnilərlə şiələr arasında körpü salmaqdır.

RUS HAKERLƏR WALL STREETƏ HÜCUM EDİR

Daily Telgraph qəzeti yazır ki, Federal təhqiqat Bürosu Rusiyanın Wall Streetə kiber hücumunu araşdırır. Şübhələrə görə, məhz Rusiyadan olan hakerlər JP Morgan Chase bankından “böyük miqdarda həssas informasiya” oğurlayıb. Bunu araşdırmaya yaxın olan mənbə deyir.

Hakerlərin bu hücumu çox yüksək texniki səviyyədə olub və adi hakerlərin imkanlarından kənardır.

Ehtimala görə, haker hücumu Rusiyaya qarşı ABŞ-ın sanksiyalarına cavabdır.

Bu yaxınlarda Rusiyanın xarici işlər nazirliyi məhz JP Morgan Chase bankını tənqid etmişdi.

JP Morgan Chase bankının sözçüsü Bloomberg Xəbər xidmətinə konkret heç nə deməyib , ancaq onu bildirib ki, banka kiber hücumlar hər gün olur. Bankın bir neçə səviyyəli müdafiə sistemləri var və hər gün vəziyyəti izləyirlər.

Hazırda ABŞ bank sisteminə ən böyük təhlükə Yevgeni Bogachov adlı hakerdir. O dünyada ən yüksək səviyyəli kiber cinayət sisteminin başçısıdır. O, Rusiyanın Qara dəniz sahillərində, öz evində oturub, dünyanın ən böyük banklarını yarır. Onun kiber cinayətlərinin banklara vurduğu ziyan 100 milyon dollardır.

Bu yay Bogachov FBİ-ın ən çox axtarılan cinayətkarlar siyahısına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG