Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56

«İranın nüvə proqramına dair danışıqlar sanksiyaların ləğvinə gətirə bilər»


-

Rusiya bildirir ki, İranın nüvə proqramına dair qlobal danışıqlar BMT-nin Tehran üzərinə qoyduğu sanksiyaların ləğvinə gətirə bilər.

Bir gün öncə İranın xarici işlər naziri Mohammad Javad Zarif Rusiyaya səfər edib. Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Tehranın ən güclü tərəfdarıdır.

İran və Rusiya daxil olmaqla dünyanın altı dövləti Tehranla razılaşma əldə etməyəçalışır ki, İran nüvə proqramını məhdudlaşdırsın və sanksiyalar götürülsün.

«Danışıqlar prosesinin çətinliyinə baxmayaraq, İranın daxili hüquqlarını təmin etmək və sanksiya rejimini dayandırmaq üçün imkan yaranıb. Bu hüquqa uranın zənginləşdirilməsi də daxildir», Rusiyanın xarici işlər nazirliyi bildirib.

Rusiya və İran bir neçə milyard dollarlıq saziş üzərində işləyirlər. Bu saziş İran neftinin rus malları və texnologiyasına dəyişdirilməsini nəzərdə tutur.

Sazişlə bağlı danışıqlar sentyabrın 9-da başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG