Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:09

Rusiya deyir ki, NATO-nun Şərqdə əsgər rotasiyalarına cavab verəcək


-

Moskva bildirir ki, NATO şərqdəki NATO üzvlərində mütəmadi qoşun rotasiyasına başlasa, buna cavab veriləcək. Rusiyanın NATO-dakı daimi nümayəndəsi avqustun 27-də tvitterdə yazıb ki, Rusiyanın reaksiyası «təhlükəsizliyin təminatı məqsədilə» atılacaq.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bildirib ki, NATO şərq üzvlərində əsgərlərin rotasiyasına başlayacaq. Onun sözlərinə görə, bu rotasiya «yüksək tezliklə» aparılacaq ki, «potensial təcavüzkar» NATO üzvünə hücumun bütün alyansa qarşı olduğunu anlasın.

NATO üzvü olan Polşa və üç Baltik ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra alyansdan daha çox hərbi iştirak istəyib.

XS
SM
MD
LG