Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:47

Nailə Rzaquliyeva: «Öz ərizəmlə işdən çıxmışam»


-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad olunub.

Nailə Rzaquliyeva APA-ya açıqlamasında bildirib ki, o, öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxmasında heç bir problemin olmadığını deyən N. Rzaquliyeva qeyd edib ki, bunu əvvəldən planlaşdırıb: «Yarım aya yaxındır məzuniyyətə çıxmışdım. Sonradan da məzuniyyətdən təqaüdə çıxmışam. Yəqin bundan sonra heç bir işdə fəaliyyətimi davam etdirməyəcəyəm».

Sabiq idarə rəisi qeyd edib ki, ona başqa vəzifələrdə çalışmaq təklif olunub: «Amma özüm istəmirəm, yorulmuşam artıq, dincəlmək istəyirəm».

Nailə Rzaquliyeva bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG