Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:30

Çex hökuməti İraq kürdlərinə sursat ayırır


Mosulda peşmərgə döyüşçüsü
Mosulda peşmərgə döyüşçüsü

-

Çex hökuməti İraqın şimalında İslam Dövləti (İD) qruplaşmasına qarşı vuruşan kürd qüvvələrinə sursat ayrılmasını təsdiqləyib. Hökumət sözçüsü avqustun 27-də bildirib ki, kürdlərə Kalashnikov avtomatı və pulemyotlar üçün sursat, eləcə də əl qumbarası göndəriləcək. Təxminən 2 milyon dollar dəyərində olan sursat İraqa ABŞ qüvvələri vasitəsilə çatdırılacaq.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, Berlin İD yaraqlılarına qarşı vuruşan qüvvələrə yardım barədə avqustun 31-də qərar verəcək.

İD Al-Qaidənin törəmə qrupudur, İraq və Suriyada böyük ərazilər tutub.

ABŞ-ın müdafiə naziri Chuck Hagel bildirib ki, Britaniya, Fransa, Almaniya, İtaliya, Xorvatiya. Kanada və Albaniya peşmərgə qüvvələrinə «silah və avadanlıq» göndərmək öhdəliyi götürüb.

XS
SM
MD
LG