Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

-

Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah 14 iyun seçkisinin BMT-nin nəzarəti ilə keçirilən auditindən çıxandan sonra seçki mübahisəsində yenidən qarışıqlıq yaranıb.

Abdullah-nın seçki kampaniyası menecerinin köməkçisi Muhammadullah Haidari AzadlıqRadiosuna deyib ki, tələblərə əməl olunmayanadək komanda prosesə qayıtmayacaq, ancaq onlarsız qəbul edilmiş hər hansı qərarı da qəbul etməyəcək.

Abdullah geri çəkiləndən sonra BMT digər namizəd Ghani-nin komandasından xahiş edib ki, ədalət naminə auditdən çıxsın. Bu xahişə əməl olunub.

BMT-nin Kabildəki ofis rəhbərinin müavini Nicholas Haysom deyib ki, səslərin yenidən sayılması yerli və beynəlxalq müşahidəçilərin iştirakıyla davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG