Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Birləşmiş Ştatlar İraq türkmənlərə yardım barədə düşünür


Şimali İraqdan didərgin düşən türkmanların bir qismi Bağdad yaxınlığında məskunlaşıb
Şimali İraqdan didərgin düşən türkmanların bir qismi Bağdad yaxınlığında məskunlaşıb

-

Məlumatlara görə, Birləşmiş Ştatlar İraqın şimalında bir neçə həftədir İslam Dövləti (İD) qruplaşması yaraqlılarının mühasirəsində olan şiə türkmənlərinə mümkün humanitar yardım əməliyyatı barədə düşünür.

ABŞ rəsmiləri avqustun 27-də bildirib ki, administrasiya diqqəti Kürd ərazisinə yaxın Əmirli şəhərinə yönəldib. Buradan 12-15 min əhalinin ərzaq və ya suya çıxışının olmadığı bildirilir.

Həyata keçərsə, bu missiya ABŞ-ın İraqa ikinci hərbi humanitar müdaxiləsi olacaq. Amerika təyyarəsi bu ayın əvvəlində İraqın şimalındakı yezidi təriqəti üzvlərinə tonlarla ərzaq və su çatdırıb. ABŞ qüvvələri isə İD mövqelərinə hava zərbələri endirib.

Avqustun 27-də yayılmış məlumatlara görə, İraqın təhlükəsizlik qüvvələri və şiə yaraqlıları şəhərin mühasirəsini yarmaq üçün Əmirli ətrafına toplaşıb.

XS
SM
MD
LG