Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:47

«Adam erməni ilə də qohum ola bilər...»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

-

Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, hələlik Azərbaycana gəlmək istəmədiyini deyib. “Çünki vəziyyət elədir ki, adamın başına bir oyun gətirilməyəcəyinə heç bir qarantiya yoxdur... Mən çoxdan gəlmək istəyirəm, darıxıram, işlərim də çoxdur. Ancaq Bakıda baş verən hadisələri izləyirəm. Başa düşürəm ki, bir axmaq adamın başına bir fikir gəlsə, nə istəsən edərlər. Əsas problem odur ki, sonra geriyə buraxmazlar. Yəni orda bir şey etməsələr də, deyərlər ki, hələlik Azərbaycanda qal”.

– Son vaxtlar Abbas Abbasovla bağlı silsilə məlumatlar yayıldı, onun ermənilərlə qohum olması, Ermənistanda iş qurması...

– (Sualı yarımçıq kəsir) Bilirsiniz, bu, çox biabırçı bir şeydir. Adam erməni ilə də qohum ola bilər, gürcü ilə də, amerikalı ilə də. Belə məsələləri qaldıranda biz özümüzü biabır edirik. Dünyada görürlər və deyirlər ki, gör nə vəhşi millətdir. Nə olar erməni ilə qohum olanda? Qurdalasan Azərbaycan rəhbərliyinin arasında çox adamın erməni qohumları var. Bu, nə deməkdir? Mən təmiz azərbaycanlıyam, yəni bununla fəxr eləməliyəm? Hər şey ola bilər. Mən belə məsələlərlə heç vaxt razılaşmamışam. Bu, vəhşi yanaşmadır. Erməni qohumları var, nə olar? Uşağın nənəsi erməni olub. Nə olsun?

Daha ətraflı media icmalını birazdan AzadlıqRadiosunun saytında oxu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG