Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

ABŞ İlqar Nəsibovun döyülməsini pisləyir


Birləşmiş Ştatlar Naxçıvanda jurnalist və insan haqları fəalı İlqar Nəsibovun döyülməsini pisləyib.

Avqustun 27-də yayılmış bəyanatda ABŞ Dövlət Departamenti hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılması istəyib. Departament Azərbaycan hökumətini çağırır ki, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının qorunması üçün “dərhal addımlar” atsın.

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri - Fərid Əsgərov saxlanılıb. İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG