Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Qərb Moskvaya təzyiqi artırır ki, ABŞ rəsmilərinin «birbaşa müdaxilə» adlandırdığı, Rusiya ordusunun Ukraynanın şərqinə girməsini izah etsin.

Avqustun 28-də yazdığı tvitdə, ABŞ-ın Ukraynada səfiri Geoffrey Pyatt (@geoffpyatt) deyib ki, «getdikcə daha çox rus əsgəri birbaşa Ukrayna ərazisinə döyüşməyə gəlir».

Onun sözlərinə görə, Rusiyanın təchiz etdiyi tanklar, zirehli texnika, artilleriya «Ukrayna silahlı qüvvələrini məğlub etməyə yetməyib».

Almaniya, Rusiya ordusunun Ukraynanın cənub-şərqinə müdaxiləsinə dair məlumatlara görə Moskvadan izahat istəyib. Almaniya kansleri Angela Merkel avqustun 27-də Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. Kansler deyib ki, bu məlumatlar «izah olunmalıdır». O, Rusiyanın «gərginliyin azaldılması üçün böyük məsuliyyət» daşıdığını vurğulayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Donetsk və Luqansk regionlarında Ukraynanın hökumət qüvvələrinə qarşı «Rusiyanın rəhbərliyi ilə əks-əməliyyatın» başlandığından şübhələnir.

Öncə Kiyev elan edib ki, Rusiya sərhədindən 10 km aralıya, Azov dənizi sahilindəki Novoazovsk şəhərinə yeni birləşmələr göndərir. Şəhərin meri deyib ki, rusiyayönlü yaraqlılar onlarla zirehli texnikanın köməyi ilə şəhərə girir.

Ukrayna Rusiya qüvvələrinin separatçıların hücumlarını dəstəklədiyini bildirir. Moskva isə yaraqlıları silahlandırdığını, Ukraynaya əsgər göndərməsini danır.

Günün bütün mövzuları

XS
SM
MD
LG