Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

BVF-nun rəhbəri Lagarde barəsində "səhlənkarlıq"la bağlı istintaq gedir


Beynəlxalq Valyuta Fondunun rəhbəri Lagarde bildirib ki, o, Fransanın maliyyə naziri olduğu dövrdə baş verən korrupsiya məsələsi ilə bağlı hazırda formal istintaq altındadır. Lagardenin o vaxt səhlənkarlıq göstərib-göstərməməyi araşdırılır.

Lagarde deyib ki, bu istintaqla bağlı istefa vermək fikrində deyil.

2008-ci ildə iş adamı Bernard Tapie dövlətdən 400 milyon avro kompensasiya aldı. Tapie və qismən dövlətin olan Credit Lyonnais bankı arasında mübahisə 1993-cü ildə Adidas idman malları qrupunun satışı üstündə gedirdi.

Dövlətin niyə belə böyük məbləğ ödəməsi o vaxtdan suallar doğurur. Bu məsələ ilə bağlı 5 nəfər məhkum olunub. Onlardan biri Lagardenin keçmiş işlər müdiri Stephane Richarddır.

Lagarde deyir ki, o, həmişə dövlət marağından və qanunla hərəkət edib.

XS
SM
MD
LG