Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

BMT eksperti: «QHT nümayəndələrinin həbsi məndə narahatlıq yaradır»


BMT-nin İşçi Qrupu 10 günlük müşahidənin nəticəsini açıladı
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

BMT-nin İşçi Qrupu 10 günlük müşahidənin nəticəsini açıladı

-

«Azərbaycanın iqtisadi inkişafının əsasında insan hüquqları və açıq dialoq durmalıdır».

On gün əvvəl Azərbaycana gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları üzrə işçi qrupunun gəldiyi qənaət belədir.

Avqustun 27-də Bakıda keçirdikləri mətbuat konfransında İşçi Qrupun üzvləri neft-qaz gəlirləri nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə endiyini və yerli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırıldığını deyiblər.

Qrupun insan haqları üzrə eksperti Pavel Sulyandziga çıxışında Azərbaycandakı son həbslərə də toxunub:

«Səfərimizdən bir müddət əvvəl bir qrup tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbs-qətimkan tədbirinin seçilməsi, hüquq-müdafiə təşkilatlarının bank hesabları və qeydiyyat problemləri ilə üzləşməsi məndə narahatlıq doğurur. Hökumət hüquq müdafiəçilərinin qanuni və dinc fəaliyyətinin əngəlsiz həyata keçirilməsini təmin etməlidir».

İşçi Qrupun digər üzvü Puvan Selvanathan Azərbaycan qanunvericiliyinin insan hüquqlarının müdafiəsi üçün möhkəm zəmin yaratdığını deyib. BMT ekspertinin fikrincə, bunun üçün bütün maraqlı tərəflər - hökumət, biznes və vətəndaş cəmiyyəti qanun və qaydalara sadiq olmalıdır.

Puvan Selvanathan-a görə, vətəndaş cəmiyyəti ilə hökumətin daha effektiv əməkdaşlığı sayəsində Azərbaycanının neft əsaslı iqtisadiyyatından bilik əsaslı iqtisadiyyata keçid zamanı davamlı və bərabər inkişafı təmin etmək olar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG