Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Britaniyanın transfer rekordu təzələnib. Manchester United 26 yaşlı argentinalı Angel Di Marianın Real Madriddən 59,7 milyon funt sterlinqə, yəni 100 milyon dollara alıb.

Bundan əvvəlki rekord 50 milyon funt sterlinq idi. Liverpool ispaniyalı Torresə görə Chelsea klubuna 2011-ci ildə 50 milyon funt sterlinq vermişdi.

Di Maria deyib ki, Manchester United yeganə klubdur ki, ona görə Realdan getməyə dəyər.

Manchester klubunun məşqçisi Van Gaal haqda Di Maria deyib ki, o, fantastik məşqçidir.

Di Maria haqda Van Gaal isə bildirib ki, Di Maria dünya səviyyəli futbolçudur, ən əsası o, komanda oyunçusudur.

Manchester son oyunda – kubok oyununda 3-cü liqanın klubuna - Milton Keynes Donsa 0:4 uduzub.

Günün bütün mövzuları

XS
SM
MD
LG