Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:20

Türkiyənin yeni baş naziri olacaq Davutoglu deyir ki, Avropa Birliyinə üzvlük strateji hədəfdir


Türkiyənin yeni baş naziri olacaq Ahmet Davutoglu deyib ki, Avropa Birliyinə üzvlük Türkiyənin strateji hədəfidir və o, qəti şəkildə buna çatmağa çalışacaq.

Avqustun 27-də hakim Ədalət və Kalkınma (AK) partiyasına müraciət edən Davutoglu bildirib ki, Türkiyənin yeni, liberal xarakterli konstitusiyaya ehtiyacı var.

Bu gün AK partiya Davutoglunu yeni sədr seçməlidir.

Yeni ölkə prezidenti seçilən Erdogan bildirib ki, avqustun 28-də Davutoglundan xahiş edəcək ki, yeni hökumət yaratsın.

11 il baş nazir olan Erdogan avqustun 28-də prezident kimi and içəcək.

XS
SM
MD
LG