Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:22

8 beynəlxalq təşkilat İlqar Nəsibovun döyülməsi ilə bağlı bəyanat yayıb


-

Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun döyülməsi ilə bağlı 8 beynəlxalq təşkilat birgə bəyanat yayıb.

Bəyanata imza atan «Front Line», İnsan Hüquqları Evi, Rafto Fondu, Çətinlikdə olan İnsanlar, «Human Rights Watch», «Sərhədsiz Reportyorlar» və «Artikl 19» təşkilatları bu məsələ ilə əlaqədar Azərbaycan hökumətindən qərəzsiz araşdırma tələb edir:

«İlqar Nəsibova son hücum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi fonunda ölkədə hüquq müdafiəçilərinə qarşı repressiyaların bir halqası oldu. Belə ki, ölkənin bir neçə məşhur hüquq müdafiəçisi həbsdədir, daha bir neçə nəfər isə saxta ittihamlarla mühakimə olunub».

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə bir neçə çağırış ediblər:

1. Hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalar son qoyulsun.

2. Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün hüquq müdafiəçilərinin təhlükəsizliyi təmin edilsin.

3. Leyla Yunus, Arif Yunus və saxta ittihamlarla həbs edilmiş bütün digər hüquq müdafiəçiləri dərhal və qeyd-şərtsiz azad edilsin və bütün bu saxta ittihamlar ləğv edilsin.

Naxçıvan jurnalisti döyülüb tanınmaz hala salındı
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

XS
SM
MD
LG