Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Basilashvili «satqınçılıq»da suçlanan Makarevich-ə qahmar çıxdı


Oleg Basilashvili

Oleg Basilashvili

-

Məşhur rusiyalı aktyor, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”və s. filmlərdəki rolları ilə tanınan Oleg Basilashvili də dözmədi.

Rusiyada gözümçıxdıya salınan, “satqın” damğası vurulan əfsanəvi “Maşina vremeni” rok qrupunun solisti Andrei Makarevich-ə qahmar çıxdı.

80 yaşlı Basilashvili sənət adamlarının “ideoloji motivlərlə təqib edilməsini”, “5-ci kolon” adlandırılmasını dayandırmağa çağırdı:

“Konstitusiyada yazılıb ki, biz azad ölkədə yaşayırıq. Demək ki, artist qanunun qadağan etmədiyi istənilən hərəkəti edə bilər. O nə edib axı? Qonşu ölkədə konsert verib. O ölkə ki Rusiya ona rəsmən müharibə elan etməyib...”

Makarevich Ukraynanın rusiyameylli separatçılardan təmizlənmiş bölgəsində qaçqınlar üçün konsert verdiyi üçün hədəfdədir.

Hətta Moskvadakı binalardan birindən onu və Ukrayna məsələsində fərqli mövqeyə malik başqa bir neçə nəfəri “ifşa edən” plakat asılıb. NTV kanalı isə Makarevich-ə qarşı ağır ittihamlarla dolu film yayınlayıb.

Basilashvili “Radio Svoboda”ya deyib ki, Makarevich-in konserti xeyirxah əməl olub, biletlər pulsuz olub. Məqsəd də müharibənin məhrumiyyətlərə məruz qoyduğu insanları sevindirmək olub:

Andrei Makarevich-in Donetskdəki konserti

Andrei Makarevich-in Donetskdəki konserti

“Xəyanət o olardı ki, Makarevich 1943-44-cü illərdə gedib Hitler üçün oxuyaydı...”

Basilashvili deyib ki, Rusiya kanallarına çox az baxır, baxanda da iyrənir. Çünki insanlar vətənpərvərlik anlayışını səhv yozurlar.

Makarevich prezident Putinə də müraciət edib - ondan qarayaxma kampaniyasına son qoyulması üçün TV-lərə təsir göstərməsini istəyib.

Prezident Aparatındansa deyiblər ki, Makarevich-ə etiraz edən, əslində, onun mövqeyindən hiddətlənmiş ictimaiyyətdir.

Makarevch-in gözümçıxdıya salınmasına Alla Pugacheva da etiraz etmişdi.

Proqramı burda tam dinlə

Günün bütün mövzuları

XS
SM
MD
LG