Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:15

RATİ rəhbərinin anası prokurorluqda dindirilir


-

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun anası Firəngiz Hüseynova avqustun 27-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

RATİ-nin hüquqşünası Günay İsmayılova AzadlıqRadiosuna bildirib ki, Firəngiz Hüseynovadan Emin və Mehman qardaşları barədə soruşulub.

RATİ-nin mühasibi Tatyana Kryuçkina da bu gün istintaqa çağırılıb. Bəzi sənədlərə birgə baxış keçirilib.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda yerləşən iki ofisində axtarış aparıb. Ofisdən kompüter və sənədlər götürülüb. Üç gün sonra isə ofisin qapıları möhürlənib. Hazırda institut işini dayandırıb.

Həmin gündən RATİ-nin direktoru Emin Hüseynov və qardaşı Mehman Hüseynovla əlaqə kəsilib, bu günə qədər onların harada olduğu bəlli deyil.

XS
SM
MD
LG