Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

«Sınıq körpü» və «Samur» gömrük məntəqələrində problem aradan qaldırılıb


-

Gürcüstanda sərhəddə yerləşən «Sınıq körpü» və Rusiya ilə sərhəddə yerləşən «Samur» gömrük-keçid məntəqələrində yaranan problem artıq tam aradan qalxıb.

Dövlət Gömrük Komitəsinə istinadən apa bildirir ki, keçid məntəqələrində problemə səbəb qonşu ölkənin ərazisində uçqunun baş verməsi idi:

«Türkiyədən, Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycan ərazisindən keçdiyindən orada tıxac yaranmışdı. Bununla bağlı ərazidə intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib. Artıq tıxac aradan qaldırılıb. İstər «Sınıq körpü», istərsə də «Samur» gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG