Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08

-

Daxili işlər naziri Ramil Usubov Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevi məhkəməyə verib.

Bu haqda AzadlıqRadiosuna DİN Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Nəsimi rayon Məhkəməsində qaldırılan iddiada Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb olunması istənilir.

Ehsan Zahidovun dediyinə görə, Eldəniz Quliyev Yol Polisinin hərəkətindən KİV vasitəsilə DİN-ə müraciət edərkən təhqirə yol verib, polisin şərəf və ləyaqətinə toxunub.

Eldəniz Quliyev AzadlıqRadiosuna DİN-in iddialarının əsassız olduğunu bildirib:

«Başa düşmürəm ki, bunlar şərəf və ləyaqət deyəndə, nəyi başa düşürlər? Bəli, polislər var ki, ləyaqətsiz hərəkətlər edirlər. Polislərin içərisində vicdanlıları da az deyil. Mənim qohumlarım, tanışlarım bu sistemdə işləyirlər. Çoxlarına böyük hörmətim var. Eyni zamanda dələduz, insanların cibinə narkotik atıb onları tutduran polislər də var. Yol Polisinin bərbad vəziyyətdə olması hamıya bəllidir. Bu qurum dibindən sökülüb, yenidən qurulmalıdır. Mən təhqir yox, tənqid etmişəm. Güman ki, iddia siyasi motivlərlə qaldırılıb. Heç yerdən qrant almıram ki, vergi adı ilə tutsunlar, cibimə də narkotik ata bilmirlər. Məni bu yolla həbs etmək istəyirlər».

Qeyd olunan maddələr üzrə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG