Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Ukrayna Rusiyanın zirehli texnikasının sərhəddi keçdiyini bildirir


Ukrayna ordusunun sözçüsü Andriy Lysenko avqustun 27-də bildirib ki, Rusiya əsgərlərinin bir qrupu zirehli maşınlarla Ukrayna sərhəddini keçiblər və Amvrosiyivka yaşayış məntəqəsinə daxil olublar.

Lysenko həmçinin bildirib ki, hökumət qoşunları 200 separtaçı öldürüblər, Ukrayna ordusunun itkiləri 13 nəfərdir.

Başqa məlumatda Ukrayna hərbçiləri bildirirlər ki, Rusiyanın tanklardan və zirehli texnikadan ibarət böyük konvoyu Donetskdən 80 km məsafədə olan Telmanovo məntəqəsinə doğru gedir.

Kiyev bundan əvvəl bildirirdi ki, avqustun 25-də Mariupol ətrafında Ukrayna ordusu zirehli Rusiya konvoyuna hücum edib.

XS
SM
MD
LG