Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Yenikənddə kəndlinin körpüdən «asılı» qalan dolanışığı...


«Platina» su anbarı körpüsü
«Platina» su anbarı körpüsü

-

Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

Samux rayonunun Kür sahilində yerləşən əksər kəndlərini çəpərlənmiş, kameralarla qorunan böyük bir körpü birləşdirir. Su anbarına məxsus bu əzəmətli körpü sakinlərə fayda verməklə yanaşı problemlər də yaradır. Əsasən maldarlıq və əkinçiliklə məşğul olan Yenikənd sakini Ziyad Kazımov deyir ki, kənddə hamı yetişdirdiyi məhsulu sataraq dolanır.

Məhsullarını məhz «Platina»nın (su anbarı körpüsü belə adlandırılır-GR) üstündən keçərək Gəncə və ya Bakı bazarlarına satmaq üçün aparmalı olurlar. Lakin anbarın nəzarətçiləri daşınan yükün miqdarına müəyyən qadağalar qoyurlar. Ağır yük maşınlarının keçməsinə icazə verilmir. Ziyad Kazımov:

«DEYİR YÜKÜ AZ VUR»

Kənd sakini Ziyad Kazımov
Kənd sakini Ziyad Kazımov

«Sabah orda bir hadisə, partlayış olsa bizim məhsul harada satılacaq? Yanacaq yoxdur, odun da qırmağa icazə yoxdur. Xəttlər Qədilli kəndinə qədər gedib, amma bura çəkilmir. Körpüyə yaxınlaşırıq. Meyvə tərəvəz aparırıq, satmağa. Deyir bu qədər keçirmək olar, bu qədər yox. Deyir yükü az vur. Burdan yük daşımaq olmaz».

Əslində kəndlilərin yeganə narazılığı heç də su anbarının körpüsündən keçid zamanı edilən qadağalar deyil. Onlar arzu edirlər ki, Yenikənd kəndi də daxil olmaqla təxminən 12 kənd üçün yeni körpü inşa edilsin. İllərdir bu kəndlərə məhz körpü yolu olmadığı üçün mavi yanacaq çəkilmir:

«KÖRPÜ OLMASA BİZƏ QAZ XƏTTİ ÇƏKİLƏ BİLMƏZ»

«Prezident körpü üçün 3 milyon pul ayrılıb. 2013-cü ildə tikilməli idi. Amma 2014-cü il də bitir. Körpü olmasa bizə qaz xətti çəkilə bilməz. O da bizim kəndin körpüsü deyil. Dənizin, suyun mühafizəsi üçündür. Müəssisənindir. Ona görə gözləyirik. Yolumuz Gəncəyə, Bakıya hamısı körpüdəndir. Kürü elə belə keçmək olur.»

Yanacaqsız qalmaq kəndlinin durumunu daha da ağırlaşdırır. Hansı həyətə baxsan yayın cırhacırında odun qalayıb üstündə hisli qazanlarda yemək bişirən qadınları görərsən. Kənd sakini İradə Məhərrəmova da ümidlərinin onlar üçün salınacaq körpüdən asılı olduğunu deyir. Körpü kəndli üçün həm qazanc yeri olacaq, həm də qızınmaq üçün yanacaq xətti çəkiləcək. İradə Məhərrəmova:

«Şəxsən mənim gücüm çatmır, bax ağaclarımı kəsirəm lazım olanda. Ala bilmirəm. Oğlum ailəlidir, iş yoxdur. Deyirlər bu il çəkiləcək, gələn il çəkiləcək.»

«QAZAN, LƏYƏN HAMISI HİS-PAS İÇİNDƏDİR»

Başqa bir sakin: «Bizə qaz verilsin. Qış uzunu çətinlik çəkirik. Meşə qırmaq olmaz. Bax yayın günü ocaqdan istifadə edirəm. Qazan, ləyən hamısı his-pas içindədir.»

YENİ 3 KÖRPÜ TİKİLƏCƏK...

Samux rayon İcra Hakimiyyətinin başçısının müavini Tahir Qarayev də deyir ki, hazırda Samuxun Kürün sol sahilində yerləşən 8 kəndi «Platina» adlanan körpüdən istifadə edir. Ancaq 2015-ci ildən yeni 3 körpünün inşasına başlanılacaq:

«Hazırda körpü əvəzi «Platina»nın üzərindən istifadə olunur. Ancaq bu ilki dövlət proqramında Zaqatalaya yol nəzərdə tutulub. Kür Qanıx və Alazan çayı üzərindən körpü salınacaq. Orda şəhər mərkəzi ilə Kürü keçən kimi bizim 8 kəndimiz var, onları birləşdirəcək. Kür çayının sol sahilində olan kəndləri 3 körpü birləşdirəcək. Hər halda «Platina»ya baxan təşkilat var, Fövqəladə Hallar Nazirliyi, su hövzəsinə nəzarət edir».

Mavi yanacaq probleminə gəldikdə isə Tahir Qarayev də deyir ki, xətlərin çəkilməməsinin səbəbi körpünün olmamasıdır. Yəni körpünün inşası başa çatan kimi 8 kəndə mavi yanacaq xətti də çəkiləcək.

XS
SM
MD
LG