Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

-

Əfqanıstan prezidenti Hamid Karzai-nin sözçüsü deyir ki, o, Vaşinqtonla fikir ayrılıqları üzündən gələn həftə NATO sammitinə getməyəcək. Aimal Faizi avqustun 26-da Reuters-ə deyib ki, narazılıqlar bu ilin sonunda əksər xarici qüvvələr Əfqanıstanı tərk edəndən sonra ölkənin təhlükəsizlik ehtiyacları ilə bağlıdır.

Faizi-nin sözlərinə görə, ya Karzai-dən sonrakı əfqan prezidenti, ya da hazırkı hökumətin bir üzvü sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitə qatılacaq.

Toplantıda məqsəd NATO-nun döyüş missiyası bitəndən sonra əfqan təhlükəsizlik qüvvələrinə nə qədər yardımın gərəkdiyini müəyyənləşdirməkdir. Karzai ABŞ qüvvələrinin 2014-cü ildən sonra ölkədə qalmasına dair ikitərəfli təhlükəsizlik sazişini imzalamayıb. Onun qoyduğu şərtlərdən biri əfqan evləri üzərində hərbi əməliyyatlara son qoyulmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG